“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), 11 fevral 2015-ci il tarixli Prezident Fərmanı ilə yaradılmış və 5 iyul 2016-cı ildə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Şirkət, Azərbaycanda və beynəlxalq miqyasda qızıl və digər qiymətli metal filizlərinin kəşfiyyatı, hasilatı və emalı ilə məşğul olur. Baş ofisi Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanında yerləşir və müasir infrastrukturla təchiz olunmuşdur.
Formcond LLC, “AzerGold” QSC-nin Bakı şəhərində yerləşən ofis binasında 1231 kW gücündə yüksək performanslı soyutma sistemi qurmuşdur. Layihə çərçivəsində 233 daxili və 22 xarici blok quraşdırılaraq, ofisin hər bir hissəsində optimal mikroiqlim və enerji səmərəliliyi təmin edilmişdir. Bu müasir HVAC sistemi, iş mühitində komfortu artıraraq, gündəlik fəaliyyətin səmərəli şəkildə davam etməsinə dəstək olur.